EN

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsi 17,394 milyard manat olub

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 17,394 milyard manat təşkil edib.

Finss.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 1,1% azalaraq 9,609 milyard manat, qeyri-ərzaq malları isə 11,9% artaraq 7,785 milyard manat olub.

Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 8,5%, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,0% artıb. İstehlak məhsullarının 38,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3%-i isə paytaxtın əmtəə bazarlarında satılıb.

Fuad Mədətov
Finss.az

Chosen
14
1
fins.az

7Sources